Bakıda orta məktəbdə kütləvi dava: <span style="color:red;">şagirdin burnu sındı
15 oktyabr 2015 14:06 (UTC +04:00)

Bakıda orta məktəbdə kütləvi dava: şagirdin burnu sındı

0

Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib.

 

Lent.az-ın report-a istinadən məlumatına görə, hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 160 saylı Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-cü il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar