Bakıda ana və qızını vurdular - YENİLƏNİB
11 fevral 2015 14:29 (UTC +04:00)

Bakıda ana və qızını vurdular - YENİLƏNİB

0

Bakı şəhər Baş Polis İdarəsi Nərimanov rayonunda ana və qızınının ağır qəzaya düşməsi ilə bağlı məlumat yayıb. Lent.az-ın idarəyə istinadən məlumatına görə, fevralın 10-da saat 17:45 radələrində, Z.Bünyadov prospektində Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Seyid Seyidov idarə etdiyi “Opel” markalı avtomobillə 1977-ci il təvəllüdlü Vəfa Sadıqovanı və qızı 2002-ci il təvəllüdlü Fərqanə Sadıqovanı vurub. Xəstəxanaya yerləşdirilən V.Sadıqova orada ölüb, F.Sadıqovanın vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Nərimanov RPİ 17-ci PB-də araşdırma aparılır

 

*****

 

02:35

 

Bakıda ana və qızını maşın vurub. APA-nın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində baş verib. Ziya Bünyadov prospekti ilə "Koroğlu" metrostansiyasından şəhər istiqamətində hərəkətdə olan "Opel" markalı 90 EM 062 dövlət nömrə nişanlı avtomobil Böyükşor qəsəbəsi ərazisində yolu keçən Vəfa Sadıqova və onun qızı, 12 yaşlı Fərqanı Sadıqovanı vurub. Ana aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib. Qızı isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çardırılıb.

 

 

Hadisəni törətməkdə  şübhəli bilinən sürücü Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 257

Oxşar yazılar