Bakıda ağır yol qəzası: 6 yaralıdan 3-ü uşaqdır
0
0
Bakıda ağır yol qəzası olub.
APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan-Türkan yolunda qeydə alınıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə yerinə 4 təcili yardım briqadası cəlb olunub. Qəza nəticəsində xəsarət alan 36 yaşlı kişiyə hadisə yerində yardım göstərilib. 30 yaşlı qadın, 4, 7, 14 və 5 yaşlı uşaqlar isə müxtəlif xəsarətlərlə 3 saylı xəstəxanaya yerləşdiriliblər.
0
0