Bakıda ağır yaralanan 20 yaşlı qızı xilas etmək mümkün olmadı - FACİƏ
08 mart 2015 10:40 (UTC +04:00)

Bakıda ağır yaralanan 20 yaşlı qızı xilas etmək mümkün olmadı - FACİƏ

0

Bakıda ağır qəza nəticəsində xəsarət almış 20 yaşlı qız xəstəxanada vəfat edib. Lent.az-ın məlumatına görə, martın 3-də Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 5 ünvanın qarşısında 1990-cı il təvəllüdlü, Ağdam rayon sakini Nəzərov Anar Pənah oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-MX-045 nömrəli maşını yolun kənarında saxlamış WB97R markalı traktora çırpıb. Nəticədə “VAZ 2107”də sərnişin qismində olan 1995-ci il təvəllüdlü Sergeyevna Marina İqorevna Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 20 yaşlı qız martın 7-də reanimasiyada vəfat edibr.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar