Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, ötən gecə Nizami rayonu Qara Qarayev prospektində "Fiat Doblo" markalı, 10 MJ 987 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan piyadanı vurub. Ağır xəsarət alan 60 yaşlı kişi hadisə yerində vəfat edib.
Faktla bağlı Nizami rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.