Bakı Qazax magistral yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Qaradağ rayonu ərazisində "Vaz 2107" və "Wolksfagen" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 3 nəfər ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.