Bu gün Yasamal rayonu ərazisində Bakı dairəvi yolunda ağır qəza olub. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, “Shacman” markalı yük avtomobili beton qarışdıran maşınla toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. İki nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalar aparılır.