Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, martın 11-i saat 23:35 radələrində, Yasamal rayonu Kənar Dairəvi yolda Bakı şəhər sakini 1962-ci il təvəllüdlü İlqar Cəfərovun idarə etdiyi «Mercedes» markalı avtomobil idarə etməni itirərək dəmir dirəyə vurub. Nəticədə İ.Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb.
Araşdırmalar aparılır.