Bakıda ABŞ vətəndaşının telefonu oğurlanıb. Lent.az-ın məlumatına görə, polisə müraciət edən ABŞ vətəndaşı, 1945-ci il təvəllüdlü Martin Uilyam Con bildirib ki, Üzeyir Hacıbəyov küçəsi 18-in qarşısında ona məxsus “İPhone” markalı telefon oğurlanıb. Martin Uilyam qeyd edib ki, telefonu onun cibindən çəkiblər.
Qeyd edək ki, polisə şikayət edən ABŞ vətəndaşı Bakıda fəaliyyət göstərən Avropa-Azərbaycan məktəbində texnologiya təlimatçısı vəzifəsində çalışır.
Faktla bağlı araşdırma aparılır.