Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, Sabunçu şosesində ("Embawood"un qarşısı) "Kia Cerato" markalı, 90 EJ 960 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçən qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.