Bakıda Aşura: <span style="color:red;">İŞİD və İsrail əleyhinə şüarlar səslənir
04 noyabr 2014 10:37 (UTC +04:00)

Bakıda Aşura: İŞİD və İsrail əleyhinə şüarlar səslənir

0

 

 

Bakının Nardaran qəsəbəsində Aşura mərasimi keçirilir. Lent.az-ın Nardaranda olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhərdən ziyarətgaha rayonlardan, Bakının ətraf kəndlərindən, mərkəzindən insan axını başlayıb.

 

 

Qəsəbənin giriş hissəsində post patrul maşınları dayanıb, polislər gücləndirilmiş iş rejimində çalışır. Ziyarətgaha təxminən 100-150 metr qalmış insanlar piyada hərəkət edir. Avtomobillərin giriş-çıxışı məhdudlaşdırılıb. Bu il də hər il olduğu kimi İrandan Aşura mərasimində iştirak etmək üçün rövzəxanlar gəlib. Mərasimdə İŞİD, İsrail, vəhabilər, nurçular əleyhinə şüarlar səsləndirilir.

 

 

Hazırda ərazidə yağış şiddətlənib. Artıq İmam Hüseyn meydanı insanlarla doludur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5101

Oxşar yazılar