Bakıda “Topaz” məntəqəsində <span style="color:red;">QANLI DAVA
12 iyun 2017 10:44 (UTC +04:00)

Bakıda “Topaz” məntəqəsində QANLI DAVA

0

Bakının Nərimanov rayonundakı "Topaz" mərc oyunları məntəqələrindən birində bıçaqlanma hadisəsi olub. Lent.az xəbər verir ki, Ağa Nemətulla küçəsi 35 ünvanında yerləşən məntəqədə işləyən 1994-cü il təvəllüdlü Yusifzadə Fərid Fazil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Ayaq nahiyəsindən 2 bıçaq xəsarəti alan gənc xəstəxanaya yerləşdirilib.

 

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məntəqə işçisini bıçaqlayan şəxsin oraya müştəri kimi gəlmiş 1990-cı il təvəllüdlü Nəcəfli Ülvi Fərhad oğlu olması müəyyən edilib və tutulub.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 434

Oxşar yazılar