Yasamalda mənzildən külli miqdarda qızıl oğurlayan şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Əli Quliyevin evindən 58000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Zümrüd Rəhimova tutulub.
**
11:09
Bakıda mənzildən külli miqdarda qızıl oğurlanıb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Quliyev Əli Adil oğluna məxsus olan və Murtuza Muxtarov küçəsi 118 ünvanında yerləşən mənzildən naməlum şəxs və ya şəxslər 58 min manat dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıb. Ev sahibi bildirib ki, aprelin 12-də saat 15-dən 22-də evdə kimsənin olmadığı vaxt naməlum şəxs və ya şəxslər açar seçmə yolu ilə mənzilə daxil olublar.
Hazırda müraciət əsasında araşdırmalar aparılır.