Bakı şəhər Baş Polis İdarəsi paytaxtda baş vermiş ağır yol qəzalarıilə bağlı məlumat yayıb. Lent.az idarəyə istinadən xəbər verir ki, sentyabrın 26-sı saat 13:20 radələrində, Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi «Jeep-Grand Cherokee» markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub. Nəticədə, hər ikisi xəstəxanaya yerləşdirilib və F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib.
Bundan başqa sentyabrın 27-isaat 22:30 radələrində, Nizami rayonu M.Əliyev küçəsində Bakı şəhər sakinləri - 1961-ci il təvəllüdlü Vladislav Əliyev idarə etdiyi «Opel-Astra» markalı avtomobillə piyada 1955-ci il təvəllüdlü İsrafil Məstəliyevi vurub və nəticədə, İ.Məstəliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
*****
10:18
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu ərazisində "Jeep" markalı avtomobil qadınla azyaşlı oğlanı vurub. Nəticədə azyaşlı hadisə yerindəcə keçinib, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Oxşar hadisə bu gecə Nizami rayonunda da qeydə alınıb. Mikayıl Əliyev küçəsində "Opel" markalı minik avtomobili 60 yaşlı kişini vurub. Nəticədə 60 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hər iki faktla bağlı cinayət işi açılıb.