Bakı sakini özünü asıb. Lent.az xəbər verir ki, Badamdar qəsəbəsi Namiq Quliyev küçəsində yaşayan 1992-ci il təvəllüdlü Xaliqov Elmir Hafiz oğlu özünü evinin həyətindəki ağacdan asıb. Bunu görən valideynləri onun ayaqlarından qaldıraraq xilas ediblər. 25 yaşlı oğlan koma vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti kritikdir.
Bildirilir ki, E.Xaliqov səhhətindəki problemlərə görə həyatına son qoymağa çalışıb. Araşdırma aparılır.