Bakıda 18 və 19 yaşlı iki qız yoxa çıxıb <span style="color:red;">- AXTARIŞ BAŞLAYIB
17 noyabr 2016 15:43 (UTC +04:00)

Bakıda 18 və 19 yaşlı iki qız yoxa çıxıb - AXTARIŞ BAŞLAYIB

0

Bakıda iki qız itkin düşüb. Lent.az-ın məlumatına görə, Binəqədi rayon Rəsulzadə qəsəbəsində yaşayan 19 yaşlı Ayşən Yunusova (ad və soyadlar şərtidir) noyabrın 7-də saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa Biləcəri qəsəbəsindəki hərbi şəhərcikdə yaşayan 18 yaşlı Səbinə Səmədova noyabrın 14-də itkin düşüb.

 

Bildirilir ki, hər iki qızın itkin düşməsi ilə bağlı polisə anaları müraciət edib. Onlar qızların fotolarını və xarakterik əlamətlərini polisə təqdim ediblər.

 

Axtarış tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar