Jurnalist Elnur Məhərrəmlinin şikayəti təmin edilmədi
27 sentyabr 2016 11:51 (UTC +04:00)

Jurnalist Elnur Məhərrəmlinin şikayəti təmin edilmədi

0

 

 

Bu gün jurnalist Elnur Məhərrəmlinin barəsində olan birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.

 

 

Lent.az-a bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə vəsatət verilərək Bakı şəhər BDYPİ-in rəisi Nuşirəvan Səfərovun məhkəmə gətirilməsini istəyiblər: "Vəsatət təmin edilmədi. Prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən şikayət təmin edilməyib".

 

 

Qeyd edək ki, jurnalist Elnur Məhərrəmli Bakı şəhər BDYPİ-nin rəisi Nuşirəvan Səfərovun xüsusi ittihamı əsasında olan şikayəti Xətai rayon məhkəməsində baxılıb. Məhkəmənin 14 yanvar 2016-cı il tarixli hökmü ilə Elnur Məhərəmli CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək 1 il, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar