Bakı yaxınlığında güclü partlayış: <span style="color:red;">yaralılar var  - <span style="color:red;">YENİLƏNİB 2
27 dekabr 2014 14:22 (UTC +04:00)

Bakı yaxınlığında güclü partlayış: yaralılar var - YENİLƏNİB 2

0
Fövqəladə Hallar Nazirliyinin Fatmayıdə baş vermiş partlayışla bağlı məlumat yayıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonunda, fərdi yaşayış evində partlayış baş verməsi və dağıntılar altında vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 11:10-da başa çatıb.

 

 

 

*****

 

 

11:22

 

 

Fatmayı kəndində yaşayış evində baş verən partlayış zamanı yaralananların adları açıqlanıb.

 

Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində yaralanan şəxslər 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Fərasət oğlu, 1999-cu il təvəllüdlü Kərimzadə Uğur Tərməz oğlu və 2013-cü il təvəllüdlü Kərimzadə Məhəmməd Məhərrəm oğludur.

 

Xəstəxanadan bildiriblər ki, baş vermiş partlayış nəticəsində vəziyyəti orta ağır qiymətləndirilən 2 nəfəri təcili yardımla Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Respublika Yanıq Mərkəzinə aparılıb.

 
 
 
*****
 
 
10:39
 
 
Abşeronda yaşayış evində partlayış olub.

 

APA-nın məlumatına görə, hadisə Fatmayı kəndində qeydə alınıb. Üçmərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində ev dağılıb və mənzildə olan şəxslər xəsarət alıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar