Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 12-i axşam saatlarında rayonun Qobu qəsəbəsində qəsəbə sakini Yaşar Əlicanovun idarə etdiyi “Nissan” və Şirvan sakini Samir Həsənovun idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub.
Y.Əlicanov və sərnişinləri Ağamirzə Əlicanov və Məmmədbağır Bağırzadə xəstəxanaya yerləşdirilib, M.Bağırzadə isə xəstəxanada keçinib.
Faktla bağlı Abşeron Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.