Bakı metrosunda yenə nasazlıq olub. Lent.az-ın qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatarda problem yaranıb. Belə ki, sərnişinlər İnşaatçılar stansiyasında təxliyə olunub.
Səbəb kimi qatarın qapılarının bağlanmaması göstərilib. Sərnişinlərin qatardan boşaldılması sıxlığa səbəb olub.
Qeyd edək ki, son günlər qatarlarda tez-tez nasazlıqlar müşahidə olunur. Hətta sonuncu dəfə Koroğlu stansiyasında qatar tüstüləmişdi.