Bakı metrosunda BOMBA HƏYƏCANI
24 dekabr 2014 13:09 (UTC +04:00)

Bakı metrosunda BOMBA HƏYƏCANI

0

Bakıda metroya bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.


 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 24-də saat 01.45 radələrində naməlum şəxs “102” xidmətinə zəng edərək "“28 May” stansiyasının yanına bomba qoymuşuq” deyə bildirib.

 

Dərhal həyata keçirilmiş tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb.

 

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yalan məlumatı verən şəxs, Mingəçevir şəhər sakini, 32 yaşlı Taleh Səfərov metronun “28 May” stansiyasının yaxınlığında tutulub.

 

Onun sərxoş halda olması müəyyən edilib.  
 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar