Bakı-Sumqayıt yolunda qəza: <span style="color:red;">4 maşın toqquşdu  - <span style="color:red;">YENİLƏNİB -1
08 avqust 2019 10:45 (UTC +04:00)

Bakı-Sumqayıt yolunda qəza: 4 maşın toqquşdu - YENİLƏNİB -1

0
Bu gün səhər saat 06:30 radələrində Xırdalan dairəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. 
 
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılıb. 
 
Zəncirvari qəzada zərər görən 199 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcı şirkət "Xaliq Faiqoğlu" MMC-dən verilən məlumata görə, hadisə 525 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun işçiləri daşıyan servis avtobusuna dəyməsi nəticəsində baş verib. Həmin vaxt ərazidən keçən 199 nömrəli müntəzəm marşrut xətt üzrə avtobusun sürücüsü qəzadan yayınmaq üçün manevr etsə də, nəqliyyat vasitəsi sürüşərək “Niva” markalı avtomobilə dəyib. “Niva” isə digər minik avtomobilinə dəyib.
 

***

10:25

Avtoqəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, xəsarət alanlara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.
 
10:15
 
Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobusun toqquşması nəticəsində Bakı-Sumqayıt magistralında sıxlıq müşahidə edilir.
 
Bu barədə Lent.az-a Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda nəqliyyat xidmətinin və Dövlət Yol Polisinin əməkdaşları hadisə yerindədirlər.
 
İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb. Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb.
 
Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 867

Oxşar yazılar