Bakı-Sumqayıt şossesində idarəetməni itirən sürücü avtomobilini divara çırpıb - FOTO - VİDEO
27 sentyabr 2019 23:12 (UTC +04:00)

Bakı-Sumqayıt şossesində idarəetməni itirən sürücü avtomobilini divara çırpıb - FOTO - VİDEO

0

 

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt şossesində, Ekoloji Nəzarət postunun yaxınlığında baş verib.

Nicat Ağayev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsini divara çırpıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Məlum olub ki, sürücü N.Ağayev sükan arxasında pul sayarkən diqqətsizlik edib. Nəticədə qəza törədib.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 891

Oxşar yazılar