Bakı-Şamaxı yolunda 4 maşının iştirakı ilə zəncirvari avtomobil qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində yolun 105-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Salayev Ramil Camal oğlunun idarə etdiyi, özəl tikinti şirkətinə məxsus 90-NZ-480 dövlət nömrə nişanlı, “SHA
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
*****
16:13
Qobustanda ağır yol qəzası baş verib. Lent.az-n Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı-Şamaxı magistralının 105-ci kilometrliyində “Shacman" markalı yük avtomobili ilə "Honda" markalı minik avtomobilinin toqquşması ilə bağlı “112” qaynar telefon xəttinə müraciət daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsünün cəsədi sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər müxtəlif alət və avadanlıqlardan istifadə etməklə cəsədi avtomobildən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.