Bakı-Qazax yolunda ağır qəza: qadın öldü
24 sentyabr 2017 18:30 (UTC +04:00)

Bakı-Qazax yolunda ağır qəza: qadın öldü

0

Bakı-Qazax magistralında ağır qəza baş verib.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu, Dəliməmmədli şəhəri ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ 2199” markalı avtomobilin yolun kənarında olan dəmir maneəyə çırpılması nəticəsində sərnişin 1953-cü il təvəllüdlü Qasımova Şəfiqə Alı qızı ağır, sürücü isə yüngül xəsarət alıb. Ş. Qasımova xəstəxanaya aparılarkən yolda həyatını itirib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar