Bakı-Qazax magistralında AİLƏ FACİƏSİ: bacı və qardaşı öldü
24 iyul 2014 15:26 (UTC +04:00)

Bakı-Qazax magistralında AİLƏ FACİƏSİ: bacı və qardaşı öldü

0

Bu gün Ucar rayonunda dəhşətli yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 14 radələrində Bakı-Qazax əsas magistral  yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 63 yaşlı Abdullayev Aslan İsa oğlunun idarə etdiyi 90- FF-450 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını əvvəlcə “VAZ -2107” markalı avtomobili vurub,  daha sonra sementlə yüklənmiş yük maşınına (TIR) çırpılıb.  Nəticədə  “Mercedes”in sürücüsü A .Abdullayev hadisə yerində dünyasını dəyişib. Onun maşında olan bacısı - 57 yaşlı Ağayeva Dürdanə İsa qızı isə ağır bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da,  orada ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2864

Oxşar yazılar