Bakı İstintaq təcridxanasında telefon aparatının keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələrinə əsasən həbs edilmiş İbrahim Nadir oğlu Muxtarova xalası oğlu Maarif Nuhbala oğlu Dəmirovun gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan badımcanın içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd “Kenxinda” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.