[b]Bakıda universitet tələbəsinin faciəvi ölümü ilə bağlı [/b]YENİ XƏBƏR
06 dekabr 2016 13:46 (UTC +04:00)

[b]Bakıda universitet tələbəsinin faciəvi ölümü ilə bağlı [/b]YENİ XƏBƏR

0

Bakıda yaşadığı evdə intihar edən tələbənin təhsil aldığı universitetlə bağlı hər hansı problemi olmayıb. Bu barədə Lent.az-a intihar edən 19 yaşlı Çərkəz Muradovun təhsil aldığı Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov bildirib. Dekan deyib ki, Çərkəz Muradov gülərüz, nizam-intizamlı tələbə olub: "Dərsə davamiyyəti də yaxşı olub. Cəmi bir kəsiri olub. Həmin kəsir də ağır fənndən deyildi və istənilən vaxt əlavə dərs götürərək bu kəsiri verə bilərdi. Hər hansı müəllim və ya tələbədən də şikayəti olmayıb. Ümumiyyətlə, düşünürəm ki, hadisə universitetlə, tələbənin təhsili ilə bağlı olmayıb. Bildiyimə görə, nənə-babası, həm də anası xəstə olub".

 

H.Məmmədov əlavə edib ki, tələbənin atası Eldəniz Muradovla danışıb və o, intiharın təhsillə bağlı olmadığını deyib.

 

Ç.Muradovun qonşuları da onun müsbət xarakterli gənc olduğunu, sakit təbiəti ilə seçildiyini deyiblər. Ailədə 3 qardaşdan biri olan Çərkəz son vaxtlar telefondan istifadə etmirmiş, o, sosial şəbəkələrdən də uzaq imiş.

 

Ç.Muradovun cənazəsi Qubaya aparılaraq dəfn edilib. 

 

 

*****

 

11:49

 

Bakıda 19 yaşlı oğlan özünü asaraq intihar edib. Lent.az-ın məlumatına görə, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki fərdi yaşayış evində 1997-ci il təvəllüdlü Muradov Çərkəz Eldəniz oğlu özünü asaraq həyatına son qoyub.

 

Bildirilir ki, Ç.Muradov Memarlıq və İnşaat Universitetinin inşaat fakultəsinin ikinci kurs tələbəsi olub. O, həm də güləş üzrə peşəkar idmançı olub və bir sıra beynəlxalq turnirlərdə iştirak edərək müxtəlif mükafatlar qazanıb.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 568

Oxşar yazılar