[b]Azərbaycanlı iş adamını güllələdilər - Sankt-Peterburqda[/b]
0
0
Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı iş adamı həmyerlisi tərəfindən güllələnib.
APA-nın “letnews.ru”a istinadən verdiyi məlumata görə, başından bir neçə güllə yarası almış 31 yaşlı Füzuli Q. adlı şəxsin meyiti aprelin 30-da axşam saatlarında aşkar edilib.
Hadisədə şübhəli bilinən digər azərbaycanlı sahibkar, 46 yaşlı Mahir M. axtarışa verilib. Onun silahlı olduğu deyilir.
0
0