Azərbaycandan külli-miqdarda pul və qızıl çıxarmaq istəyən dəstənin istintaqı başa çatdı
29 dekabr 2017 11:51 (UTC +04:00)

Azərbaycandan külli-miqdarda pul və qızıl çıxarmaq istəyən dəstənin istintaqı başa çatdı

0

 

Azərbaycandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə 130 min manat dəyərində qızıl-zinət əşyaları və 190 min dollar pulu aparmaqda təqsirləndirilən dəstə üzvləri - İlqar Əbilov, Elvin Yusubov, Rəşad Nəsibov və Kamran Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevim sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi keçirilib. Hakim bildirib ki, bu iş üzrə məhkəmə istintaqı başa çatıb. Proses yanvarın 11-də davam edəcək. Həmin gün prokuror Fərid Nağıyev təqsirləndirilən şəxslərə cəza tələb edəcək.

 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin yaydığı məlumata əsasən, 2017-ci il martın 8-də həyata keçirilmiş birgə tədbirlər nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə külli miqdarda, yəni 190.000 (yüz doxsan min) ABŞ dolları məbləğində xarici valyuta və 132.207,52 manat dəyərində ümumi çəkisi 2 kq 279,44 qram təşkil edən 5 ədəd qızıl külçələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirərək Heydər Əliyev Beynəlxalq Hava Limanından təyyarə ilə Azərbaycandan Türkiyəyə aparmaq istəyən Azərbaycan vətəndaşları Elvin Yusubov, Rəşad Nəsibov, İlqar Əbilov və Kamran Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar