Azərbaycanda 2014-cü ildə qeydə alınmış 721 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub. Lent.az-ın məlumatına görə, onların 7,6 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 9,4 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 3,9 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 6,6 faizi isə digər cinayətlərdir.
Aşkar olunmuş hüquqpozucuların 77,2 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 13,1 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4,6 faizi sərxoş vəziyyətində olan şəxslər, 6,2 faizi qadınlar, 3,1 faizi isə 18 yaşadək uşaqlardır.