Azərbaycanda yol qırğını:<span style="color:red;"> 4 ölü, 12 yaralı
21 fevral 2016 09:59 (UTC +04:00)

Azərbaycanda yol qırğını: 4 ölü, 12 yaralı

0

Son sutka ərzində Azərbaycan yollarında baş vermiş qəzalarda 4 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, şənbə günü ərzində respublika yollarında ümumilikdə 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən 4 nəfərdən başqa 12 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Ölümlə nəticələnən ən ağır qəza Tərtər rayonunda baş verib. Burada "VAZ" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması 2 nəfərin ölümünə, daha 4 nəfərin yaralanmasına səbəb olub. Biləsuvar və Yevlax rayonlarında baş vermiş qəzalar da insan itkisinə səbəb olub.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar