Son sutka ərzində ölkə yollarında baş vermiş yol qəzalarında 1 nəfər həyatını itirib. Lent.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, dünən respublika yollarında ümumilikdə 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən 1 nəfərdən başqa daha 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Ölümlə nəticələnən qəza Gəncə şəhərinin Nizami rayonunda baş verib. "VAZ 2107" markalı 90 SM 761 nömrəli avtomobil 24 yaşlı oğlanı vurub öldürüb.
Hər bir faktla bağlı araşdırma aparılır.