Azərbaycanda yol qəzaları: <span style="color:red;">4 ölü, 11 yaralı
17 aprel 2018 09:58 (UTC +04:00)

Azərbaycanda yol qəzaları: 4 ölü, 11 yaralı

0

Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər vəfat edib. Lent.az xəbər verir ki, dünən ölkə ərazisində 11 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə vəfat edən şəxslərdən başqa daha 11 nəfər xəstəxanalara yerləşdirilib.

 

Dünən ölümlə nəticələnən yol qəzalarından ikisi Bakının Qaradağ rayonunda qeydə alınıb. Bakı-Ələt yolunda minik avtomobilinin "KamAZ"a çırpılması ölümlə nəticələnib. Lökbatan qəsəbəsində isə "Mercedes"in vurduğu 2 piyadadan biri ölüb.

 

Bundan başqa Şabran və Cəbrayıl rayonlarında da 2 piyada yol qəzasının qurbanı olub.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 535

Oxşar yazılar