Şənbə günü Azərbaycanda baş vermiş yol qəzalarında 2 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, mayın 14-də ölkə yollarında ümumilikdə 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə dünyasını dəyişən şəxslərdən başqa daha 11 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Ölümlə nəticələnən qəzalar Qaradağ və Biləsuvar rayonlarında baş verib. Qaradağda minik avtomobili 26 yaşlı oğlanı vurub öldürüb. Biləsuvarda isə 3 avtomobilin toqquşması 1 nəfərin ölümünə, daha 2 nəfərin isə yaralanmasına səbəb olub.
Hər bir faktla bağlı araşdırma aparılır.