Çökən yolla bağlı <span style="color:red;">RƏSMİ AÇIQLAMA  - <span style="color:red;">YENİLƏNİB
25 oktyabr 2016 16:51 (UTC +04:00)

Çökən yolla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsinin çökməsi günün ən çox danışılan mövzusu oldu. Lent.az-ın modern.az-a istinadən məlumatına görə, məsələ ilə bağlı “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib.

 

O bildirib ki, çökmə hadisəsi bu gün səhər saatlarında qeydə alınıb:

 

“Çökmə prosesi yolun 17-ci kilometrliyində baş verib. Yağan intensiv yağışlar nəticəsində yolun bir hissəsi çöküb. Hazırda həmin hissəsinin bərpası istiqamətində işlər aparılır. Eyni zamanda nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün xüsusi hissə salınır. Buna paralel olaraq yolun bərpası da davam etdirilir. Qeyd edim ki, ərazidə yağışlar hələ də davam edir”.

 

A.Nəcəfli deyib ki, həmin yol istifadəyə verilməyibmiş:

 

“Bu tikinti altında olan yoldur. Amma çökən hissəyə yeni asfalt vurulmuşdu. Ərazi ümumiyyətlə sürüşmə zonası da deyil. İntensiv yağışların təsirindən torpaq o qədər yaş olub ki, nəticədə sürüşmə baş verib”.

 

 

15:39

 

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb. Lent.az xəbər verir ki, bu barədə salamnews.org saytı xəbər yayıb.

 

Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyatı qurumlar gəliblər.

 

İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar