Azərbaycanda toy yasa çevrildi: <span style="color:red;">ölən və yaralananlar var - SİYAHI
25 sentyabr 2016 18:27 (UTC +04:00)

Azərbaycanda toy yasa çevrildi: ölən və yaralananlar var - SİYAHI

0

Bu gün Göygöl rayonunun Yeni Qızılca kəndində toy karvanında “Niva” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

 

APA-nın qərb bürosunun məlumatına görə, qəza zamanı “VAZ 2107” markalı avtomobildə olan 1953-cü il təvəllüdlü Məzahir Abdullayev həyatını itirib.

 

Avtomobildə olan 2004-cü il təvəllüdlü Bayramov Cavid, 1974-cü il təvəllüdlü Həsənova Afət, 2009-cu il təvəllüdlü Həsənov Xalid, 1954-cü il təvəllüdlü Abdullayeva Adilə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. “Niva” markalı avtomobildə olan 1975-üc il təvəllüdlü Bağırov Altay, 1954-cü l təvəllüdlü Bağırov Ramil, 1983-cü il təvəllüdlü Bağırova Amil də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

 

***

 

saat 17.58

 

 

Göygöl rayonunda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonunun Yeni Qızılca kəndində qeydə alınıb

 

Toy karvanında hərəkət edən “Niva” markalı avtomobil “VAZ 2107” markalı avtomobilə toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar