Azərbaycanda şirkət avtomobili ağır qəzaya düşdü: <span style="color:red;">ölən var
19 noyabr 2017 11:34 (UTC +04:00)

Azərbaycanda şirkət avtomobili ağır qəzaya düşdü: ölən var

0

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə,  qəza  Ələt-Astara magistralının Salyan rayonunun Yenikənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.   

 

“Evrascon” ASC-yə məxsus minik avtomobilinin  beton dirəyə çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb,  Biləsuvar sakini, 1993-cü il təvəllüdlü Həsənov İmaməli Xeyrulla oğlu isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar