Azərbaycanda ölümlə nəticələnən DƏHŞƏT: <span style="color:red;">traktordan çıxan dəmir parçası kişinin boğazını kəsdi
04 iyun 2019 22:25 (UTC +04:00)

Azərbaycanda ölümlə nəticələnən DƏHŞƏT: traktordan çıxan dəmir parçası kişinin boğazını kəsdi

0
Yevlaxda ot çalan traktordan çıxan kəsici dəmir parçası kənarda dayanan kişinin boğazanı kəsib, o yerindəcə ölüb.
 
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Ərəbbəsrə kəndində ot biçini zamanı baş verib.
 
Belə ki, yaşadığı kənddə "Tarzan" təxəllüsü ilə tanınan, təxminən 30-31 yaşlı kənd sakini Əmrahov Alim Məhəmmədoğlu biçin sahəsində bədbəxt hadisənin qurbanı olub. Biçini yaxından izləyərkən yanından keçən otçalan traktordan gözlənilmədən zərblə çıxan kəsici dəmir parçası onun boğaz nayihəsinə bataraq ulğumunu kəsib. Ağır xəsarət alan kişi yerindəcə keçinib.
 
A.Əmrahovun iki uşaq atası olduğu, həmçini atası Məhəmməd kişinin vaxtilə uzun müddət polis əməkdaşı kimi xidmət etdiyi deyilir.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1190

Oxşar yazılar