[b]Azərbaycanda maşınla qadınları öldürüb qaçan sürücü ələ keçdi - YENİLƏNİB[/b]
02 dekabr 2017 13:03 (UTC +04:00)

[b]Azərbaycanda maşınla qadınları öldürüb qaçan sürücü ələ keçdi - YENİLƏNİB[/b]

0

Şəmkirdə avtomobillə iki qadını vurub öldürən sürücü tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 30-da Şəmkir rayonunun Əliyaqublu kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Göygöl rayon sakinləri Təranə Haqverdiyeva və  Sevinc Alıyeva vurulub və nəticədə hər iki piyada hadisə yerində ölüblər. Baş Dövlət Yol Polisi İdarəsi və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “QAZ-3102”  markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Əliyaqublu kənd sakini Elnur Əsədov tutulub.

 

Araşdırma aparılır.

 

******

 

1 dekabr

 

Şəmkirdə naməlum avtomobilin vurub öldürdüyü qadınların şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, Bakı-Qazax magistralının 395-ci kilometrliyində markası, nömrəsi və sürücüsü məlum olmayan avtomobilin vurub öldürdüyü qadınların 1976-cı il təvəllüdlü Haqverdiyeva Təranə Ağalar qızı və 1981-ci il təvəllüdlü Alıyeva Sevinc Şahbaz qızı olması müəyyənləşib. Onlar hadisə yerində ölüb.

 

Bildirilir ki, qadınlar Muxtariyyə kəndindəki istixanada işləməyə gedirlərmiş.

 

Onları vurub öldürən sürücü və avtomobili axtarılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar