Azərbaycanda ən çox bu sahə korrupsiyaya bulaşıb <span style="color:red;">– SİYAHI
15 yanvar 2015 11:52 (UTC +04:00)

Azərbaycanda ən çox bu sahə korrupsiyaya bulaşıb – SİYAHI

0

Azərbaycanda korrupsiya hallarının ən çox aşkarlanan sahə bank sektorudur. Lent.az-ın məlumatına görə, bunu Korrupsiya qarşı Mübarizə Baş idarəsinin 2014-cü ilin yekunları ilə bağlı hesabat konfransında idarənin rəisi Kamran Əliyev deyib.

 

K.Əliyev məhkəməyə göndərilən işlərlə bağlı məlumat verib: “Sosail Müdafiə sahəsində 3 cinayət işi üzrə 4 nəfər barəsində, əmlak məsələləri ilə bağlı 2 cinayət işi üzrə 2 şəxs barəsində, yerli icra hakimiyyətlərində 7 cinayət işi üzrə 7 şəxs barəsində, bələdiyyələrlə bağlı 4 cinayət işi üzrə 4 nəfər barəsində, səhiyyə sahəsində 3 cinayət işi 3üzrə şəxs barəsində, təhsil sahəsində 19 cinayət işi üzrə 37 şəxs barəsində, mədəniyyət və turizm sahəsində 1 cinayət işi üzrə 1 şəxs barəsində, bank və bank olmayan kredit təşkilatında 18 cinayət işi üzrə 69 şəxs barəsində, Azərenerjidə 1 cinayət işi üzrə 1 şəxs barəsində, Azəriqaz-da 1 cinayət işi üzrə 2 şəxs barəsində, daxili işlər nazirliyində 2 cinayət işi üzrə 3 şəxs barəsində, fövqəladə hallar sahəsində 1 cinayət işi üzrə 1 şəxs barəsində, kənd təsərrüfatı nazirliyi sahəsində 4 cinayət işi üzrə 8 nəfər barəsində müvafiq qanuna-zidd faktlar aşkarlanıb, araşdırılıb və məhkəməyə göndərilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar