<b>Azərbaycanda əməkdar artistin başını yarıblar?</b> <span style="color:red;">- AÇIQLAMA
23 may 2017 18:28 (UTC +04:00)

Azərbaycanda əməkdar artistin başını yarıblar? - AÇIQLAMA

0

 

Mingəçevir Dövlət Dram Teatrında aktyorlar arasında dava düşməsi barədə məlumatlar yayılıb. Lent.az xəbər verir ki, həmin məlumatlarda teatrın aktyorları Asim Məmmədov və İlqar Rəhimovun dalaşması, dava zamanı atılan külqabının əməkdar artist Ella Yaqubovanın başına çırpılması və onun ağır vəziyyətdə xəstəxanaya aparılması qeyd edilib.

 

Mingəçevir Dövlət Dram Teatrının direktor müavini Vüsal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, bu gün adı qeyd edilən bütün aktyorlar “Lənkəran xanının vəziri” tamaşasının məşqindəı iştirak edib və hər hansı dava-dalaş baş verməyib. O, əlavə edib ki, Ella Yaqubova da teatrdakı məşqlərdə iştirak edib və başının yarılması barədə deyilənlər həqiqətə uyğun deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar