Azərbaycanda dəhşətli yol qəzası:<span style="color:red;"> ölənlər var  - YENİLƏNİB
17 mart 2016 12:22 (UTC +04:00)

Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 16-da saat 18 radələrində Ağcabədi rayonunun Boyad kəndində rayon sakinləri İlqar Dadaşovun və Niyaməddin Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, nəticədə idarəetməni itirmiş İ.Dadaşov avtomobili yolun kənarındakı ağaça çırpıb. İ.Dadşovun sərnişinləri - Şaban Mehdiyev və Vüsal Atakişiyev hadisə yerində ölüb, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdirilib.

 

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

10:08

 

Ağcabədi rayonunda dəhşətli yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində "VAZ 2106" və "VAZ 2109" markalı iki minik avtomobili toqquşub. Nəticədə 2 nəfər aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə ağır xəsarət alıb.

 

Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar