Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.
09:59
Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 5 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.
İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.
*****
9:35
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şəhriyar kəndində baş verən qəzada 7 nəfər ölüb.
Əlavə məlumat veriləcək.