Azərbaycanda canavarlar kəndə hücum etdi - <span style="color:red;">ŞOK TƏFƏRRÜAT
31 may 2016 13:57 (UTC +04:00)

Azərbaycanda canavarlar kəndə hücum etdi - ŞOK TƏFƏRRÜAT

0

İsmayıllı rayonunda canavarlar mal-qaraya hücum edib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Qalıncaq kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Sahib Murad oğlu ötən gün axşam saatlarında kənd sakinləri Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyunları örüşdən gətirərkən 4 canavarın hücumuna məruz qalıb.

 

S. Məmmədov canavarları qovmaq istəyərkən əl, qol, cənə və boğazından ağır xəsarətlər alıb.

 

Canavarlar 6 baş qoyunu öldürüb, mal-qaraya isə xəsarətlər yetirib.

 

Sahib Məmmədov İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub, mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar