Azərbaycanda bazar günü <span style="color:red;">QIRĞINI – 8 NƏFƏR ÖLDÜ
20 noyabr 2017 11:01 (UTC +04:00)

Azərbaycanda bazar günü QIRĞINI – 8 NƏFƏR ÖLDÜ

0

 

Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb. Lent.az xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu  qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Dünən Siyəzəndə “Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub öldürüb. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada “Toyota”nın altında qalaraq ölüb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar