Beyləqanda baş vermiş ağır qəzada ölən şəxsin kimliyi müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 29-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini Sərvər Allahverdiyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və o, hadisə yerində ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
*****
10:15
Beyləqan rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Daşburun kəndi yaxınlığında "VAZ 2106" markalı, 15 BA 006 dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sükan arxasında olan 53 yaşlı kişi aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.