Son sutka ərzində Azərbaycan yollarında baş vermiş avtomobil qəzalarında 4 nəfər ölüb. Lent.az xəbər verir ki, martın 15-də Respublika yollarında ümumilikdə 14 yol qəzası qeydə alınıb. Nəticədə ölən 4 nəfərdən başqa daha 13 nəfər xəsarət alıb.
Ölümlə nəticələnən qəzalar Xaçmaz, Sabirabad və Bərdə rayonlarında baş verib. Xaçmazda avtomobilin aşması 2 nəfərin ölümünə səbəb olub. Sabirabadda və Bərdədə isə avtomobillər piyadaları vuraraq öldürüb.
Hər bir faktla bağlı araşdırma aparılır.