Son sutka ərzində Azərbaycan yollarında baş vermiş avtomobil qəzaları 5 nəfərin həyatına son qoyub. Lent.az-ın məlumatına görə, gün ərzində ölkə yollarında ümumilikdə 23 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə həyatını itirən 5 nəfərdən başqa daha 29 nəfər də ağır xəsarət alıb.
Ölümlə nəticələnən qəzalardan 3-ü Bakıda, biri Sumqayıtda, digəri isə Şamaxıda baş verib.
Hər bir faktla bağlı hüquq-mühafizə orqanları müvafiq araşdırmalar aparır.