Azərbaycan yollarında istirahət günlərində: <span style="color:red;">11 ölü, 57 yaralı
14 sentyabr 2016 11:05 (UTC +04:00)

Azərbaycan yollarında istirahət günlərində: 11 ölü, 57 yaralı

0

 

Azərbaycanda ardıcıl davam edən 4 istirahət günü ərzində baş vermiş yol qəzalarında 11 nəfər həyatını itirib. Lent.az-ın məlumatına görə, şənbə günü, yəni sentyabrın 10-da baş vermiş 15 yol qəzasında 2 nəfər ölüb, 16 nəfər isə yaralanıb. Sentyabrın 11-də isə ölkə yollarında 5 yol qəzası qeydə alınıb və 1 nəfər ölüb, daha 5 nəfər isə yaralanıb. Qurban bayramının ilk günündə - sentyabrın 12-də respublika ərazisində ümumilikdə 10 yol-nqliyyat hadisəsi baş verib ki, nəticədə 3 nəfər ölüb, daha 12 nəfər isə yaralanıb. Nəhayət, dünən baş vermiş 16 yol qəzası 5 nəfərin həyatına son qoyub və daha 24 nəfər isə yaralanıb.

 

Ümumilikdə son 4 gün ərzində Azərbaycanda 40 yol qəzası baş verib və həyatını itirən 11 nəfərdən başqa 57 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar